Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı Əli Baqeri Kəni ilə telefon danışı zamanı HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin qətli müzakirə olunub.
Xezerxeber.az-ın TASS-a istinadən xəbərinə görə, tərəflər siyasi motivli qətllərin yolverilməzliyini bildirib və bu kimi addımların ağır nəticələr doğura biləcəyi ilə bağlı yekdil fikir ifadə ediblər.
Rusiyalı nazir bütün tərəfləri istər Qəzza sektorunda, istərsə də Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməyə çağırıb.