Xəzər Xəbər

HƏMAS-ın daha bir lideri İsrail tərəfindən öldürüldü

Dünya | 14:41 • 1 Avqust 2024
HƏMAS-ın daha bir lideri İsrail tərəfindən öldürüldü

İsrailin Qəzza zolağına hücumu nəticəsində HƏMAS-ın hərbi qanadının komandanı Muhəmməd əd-Deyf məhv edilib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) "X" hesabında xəbər verilib.

Məlumata görə, o, iyulun 13-də Qəzza zolağında Xan-Yunisə hava zərbəsi nəticəsində öldürülüb.

"Muhəmməd əd-Deyf HƏMAS-ın hərbi qanadının komandanı və Qəzza zolağında HƏMAS-ın rəhbərliyində ikinci şəxs idi. Muhəmməd İsrailin cənubunda 1200 nəfərin öldürüldüyü və 251 girovun Qəzza zolağına qaçırıldığı 7 oktyabr qırğınının təşəbbüskarı, hücumu planlaşdıranı və həyata keçirəni olub", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, İsmayıl Haniyə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehranda iqamətgahına raket hücumu nəticəsində öldürülüb.

Xəbər lenti