Rusiya səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Xezerxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Moldovanın iki rəsmisinə qarşı dövlətə xəyanət ittihamı ilə bağlı yerli mətbuatda məlumat yayıldıqdan sonra ona etiraz notası təqdim edilib.
“Rusiya səfiri ona etiraz notası təqdim etmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, - deyə idarədən bildirilib.