İyulun 31-də Moldovanın Cinayətkarlığa və Xüsusilə Mühüm İşlərə Qarşı Mübarizə üzrə Prokurorluğu (PCCOCS) ölkə parlamentində axtarışlar aparıb, iki nəfər dövlətə xəyanət ittihamı ilə saxlanılıb.
Bu barədə AZƏRTAC PCCOCS-a istinadən xəbər verir.
Onlardan biri Moldovanın maraqlarına zərər vuran məlumatları səfirlik əməkdaşına ötürdükdən sonra dövlətə xəyanətdə şübhəli bilinir.
Daha bir məmur Moldovaya qarşı və şəxsi maraqları üçün hərəkətlərdə şübhəli bilinir. Prokurorluğun məlumatına görə, o, Moldova Respublikasının maraqlarına zidd istifadə üçün məlumat toplayaraq səfirlik əməkdaşı ilə əlaqə saxlayıb.
Hər iki məmur 72 saat müddətinə həbs edilib.
Qeyd edək ki, bir qədər əvvəl Moldova KİV-i bəyan etmişdilər ki, söhbət Rusiyanın Moldovadakı səfirliyindən gedir.