Xəzər Xəbər

İranın BMT-dəki daimi nümayəndəsi Haniyənin qətlinə görə ABŞ-ni günahlandırıb

Dünya | 09:27 • 1 Avqust 2024
İranın BMT-dəki daimi nümayəndəsi Haniyənin qətlinə görə ABŞ-ni günahlandırıb

“Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ABŞ kəşfiyyatının köməyi olmadan həyata keçirilə bilməzdi”.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, Bunu BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında İranın qurumdakı daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

"Bu dəhşətli cinayətdə İsrailin strateji müttəfiqi və rejimin regionda əsas dəstəkçisi kimi ABŞ-nin məsuliyyəti gözardı edilə bilməz. Bu hərəkət Vaşinqtonun icazəsi və ABŞ kəşfiyyatının dəstəyi olmadan həyata keçirilə bilməzdi" – deyə diplomat çıxışı zamanı deyib.

O həmçinin bildirib ki, Rusiya BMT Təhlükəsizlik Şurasına Tehrandakı qətlin pisləndiyi bəyanat yaymağı təklif edib. Lakin sənədin qəbuluna Böyük Britaniya, ABŞ və Fransa mane olub.

Xəbər lenti