Xəzər Xəbər

BMT Təhlükəsizlik Şurası HƏMAS liderinin ölümü ilə bağlı təcili iclas keçirib

Dünya | 08:45 • 1 Avqust 2024
BMT Təhlükəsizlik Şurası HƏMAS liderinin ölümü ilə bağlı təcili iclas keçirib

BMT Təhlükəsizlik Şurası HƏMAS lideri İsmayıl Haniyənin ölümü və Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili iclas keçirib.

Xezerxeber.az-ın məlumatına görə, toplantı İran tərəfinin çağırışı və Rusiya, Əlcəzair və Çinin dəstəyi ilə baş tutub.

İranın BMT-dəki nümayəndəsi çıxış edərək bildirib ki, HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsi ciddi əhəmiyyət kəsb edən və aktual məsələdir.

ABŞ-nin BMT-dəki nümayəndəsi çıxışı zamanı qeyd edib ki, ABŞ HƏMAS liderinin öldürülməsindən xəbərsiz olub və bu işdə iştirak etməyib. O bildirib ki, bu, region üçün təhlükəli vəziyyət yaradır və üzvləri regiondakı bu gərginliyi azaltmaq üçün birgə işləməyə çağırıb.

Xəbər lenti

Çox oxunanlar