“ABŞ-nin HƏMAS liderinin ölümü ilə əlaqəsi yoxdur”.
Xezerxeber.az-ın məlumatına görə, bu sözləri Sinqapurda səfərdə olan ABŞ Dövlət katibi Antoni Blinken “Channel News Asia”ya müsahibəsində deyib.
“Bizim bu barədə məlumatımız olmayıb və ABŞ-nin bu məsələ ilə əlaqəsi yoxdur”, - deyə A.Blinken qeyd edib. O həmçinin əlavə edib ki, Yaxın Şərqdə atəşkəsə nail olmaq vacibdir: “Biz bunun üzərində işləməyə davam edəcəyik. Qəzzada fələstinlilərin iztirablarına son qoymağa kömək etmək həyati əhəmiyyət kəsb edir. Bir sıra amerikalılar da daxil olmaqla, girovları azad etmək çox vacibdir”.