Xəzər Xəbər

ABŞ Gürcüstana yardım proqramını DAYANDIRDI

Dünya | 18:50 • 31 İyul 2024
ABŞ Gürcüstana yardım proqramını

ABŞ "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi ilə əlaqədar Gürcüstana yardım proqramını dayandırıb.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.

"Mayın 23-də Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən sonra ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirildiyini elan etdim. Nəticədə ABŞ Gürcüstan hökumətinə birbaşa dəstəyə yönəldilmiş 95 milyon ABŞ dollarından çox yardımı dayandırır”, - Blinken bildirib.

Xəbər lenti

Çox oxunanlar