Xəzər Xəbər

İsrail "Hizbullah"ın Beyrutdakı strateji bölməsinin rəhbərini məhv etdiyini açıqlayıb

Dünya | 14:35 • 31 İyul 2024
İsrail "Hizbullah"ın Beyrutdakı strateji bölməsinin rəhbərini məhv etdiyini açıqlayıb

İsrail "Hizbullah"ın Beyrutdakı strateji bölməsinin rəhbərini məhv etdiyini açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant "X" hesabında yazıb.

"İsrail ordusu Hizbullahın ən yüksək səviyyəli hərbi komandirini məhv etmək üçün dəqiq və peşəkar əməliyyat həyata keçirib. “Seyyid Muxsan” ləqəbli Fuad Şükrün əlində çoxlu israillinin qanı var. Biz göstərdik ki, xalqımızın qanının qiyməti var və bu məsələdə gücümüzün çata bilməyəcəyi yer yoxdur. Mən İDF-yə - Baş Qərargah rəisinə, Hərbi Hava Qüvvələrinin komandirlərinə dərin minnətdarlığımı bildirmək istəyirəm. İmkanlarınız nəinki bizi təhlükəsiz edir, həm də bizə böyük qürur verir". 
İsrail ordusunun mətbuat xidmətindən verilən rəsmi açıqlamada hücumun çərşənbə axşamı təyyarələrin köməyi ilə həyata keçirildiyi bildirilib.

Xatırladaq ki, Beyrutda "Hizbullah"ın digər komandiri Hacı Möhsənin və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürüldüyünü bildirib.

Xəbər lenti

Çox oxunanlar