Xəzər Xəbər

Ermənistan hökuməti səhiyyə nazirindən qurtulmaq istəyir

Dünya | 13:54 • 31 İyul 2024
Ermənistan hökuməti səhiyyə nazirindən qurtulmaq istəyir

Ermənistan hökuməti səhiyyə nazirinin dəyişdirilməsini müzakirə edir.

Xezerxeber.az xəbər verir ki, bu barədə yerli "Joqovurd" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına əsasən, hökumət indiki nazir Anait Avanesyanı onun müavini Levon Akopyanla əvəzləmək istəyir. Bu, hökumətin indiki nazirdən çox narazı olması ilə izah edilir.

Nazirliyin mətbuat katibi bildirib ki, belə məlumata malik deyil və qurumda iş adi rejimində davam edir.

Xatırladaq ki, Levon Akopyan 2019-cu ilin martında nazir müavini təyin olunsa da, həmin ilin dekabrında vəzifəsindən azad edilib. O, ikinci dəfə bu vəzifəyə 2024-cü ilin martında təyin olunub.

Xəbər lenti

Çox oxunanlar