Xəzər Xəbər

İran Prezidenti Haniyənin qətli ilə bağlı paylaşım edib

Dünya | 12:35 • 31 İyul 2024
İran Prezidenti Haniyənin qətli ilə bağlı paylaşım edib

İran Prezidenti Məsud Pezeşkian HƏMAS lideri İsmayıl Haniyənin qətli ilə bağlı paylaşım edib.

Xezerxeber.az xəbər verir ki, Məsud Pezeşkian "X" hesabındakı paylaşımında İran İslam Respublikasının öz ərazi bütövlüyünü, şərəfini qoruyacağını qeyd edib.

"Bu gün əziz İran öz kədər və sevincinin şəriki, müqavimət yolunun daimi və şərəfli yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi Hacı İsmayıl Haniyə üçün matəmdədir. Dünən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə dəfn etməliyəm. Qürurlu İran və Fələstin xalqı arasındakı bağ əvvəlkindən daha möhkəm olacaq və məzlumların müqavimət və müdafiə yolu hər zamankından daha güclü davam edəcək. İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək", - Məsud Pezeşkian paylaşımında qeyd edib.

Xəbər lenti