Xəzər Xəbər

Media: İsmayıl Haniyə “idarə olunan aviasiya mərmisi” ilə öldürülüb

Dünya | 11:45 • 31 İyul 2024
Media: İsmayıl Haniyə “idarə olunan aviasiya mərmisi” ilə öldürülüb

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranın şimalındakı iqamətgahına idarə olunan aviasiya bombasının düşməsi nəticəsində həlak olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə İranın “Nournews” agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda mərminin atıldığı yerin müəyyən edilməsi istiqamətində təhqiqat davam edir. Hücumun Tehran vaxtı ilə saat 02:00-da baş verdiyi deyilir.

Eyni zamanda, Livanın al-Mayadeen telekanalı iranlı mənbəyə istinadla İsmayıl Haniyəni öldürən bombanın İrandan atılmadığını bildirib. “İsmayıl Haniyə İrandan deyil, başqa ölkədən endirilən zərbə nəticəsində həlak olub”, - mənbə telekanala belə deyib.

Xəbər lenti