Xəzər Xəbər

İranda HƏMAS-ın liderinin öldürülməsi ilə bağlı fövqəladə iclas keçirilir

Dünya | 09:26 • 31 İyul 2024
İranda HƏMAS-ın liderinin öldürülməsi ilə bağlı fövqəladə iclas keçirilir

İran Ali Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilir.

Xezerxeber.az-ın IRNA-ya istinadən xəbərinə görə, toplantıda HƏMAS-ın lideri İsmayıl Haniyənin Tehranda qətli ilə bağlı məsələ müzakirə olunur.  

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitləri İslam Respublikasının Ali Rəhbəri Əli Xameneinin iqamətgahında keçirilən görüşdə iştirak edirlər.
Qeyd edək ki, HƏMAS-ın rəhbəri İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gəlib. İsrail hərbi aviasiyası onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirib. Nəticədə İ.Haniyənin özü və mühafizəçisi həlak olub

Xəbər lenti

Çox oxunanlar