Xəzər Xəbər

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri öldürülüb

Dünya | 08:17 • 31 İyul 2024
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri öldürülüb

HƏMAS, hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyənin İsrailin hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.

Xezerxeber.az xəbər verir ki, müvafiq bəyanat hərəkatın "Telegram" kanalında yayılıb.

Qeyd olunur ki, Həniyyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsrail tərəfindən onun Tehrandakı iqamətgahına reyd olub.

Reyd nəticəsində İsmayıl Həniyyə və onun bir cangüdəni həlak olub.

Xəbər lenti

Çox oxunanlar