Xəzər Xəbər

İsrail Beyrutu bombardman edib, azı 4 nəfər həlak olub

Dünya | 08:08 • 31 İyul 2024
İsrail Beyrutu bombardman edib, azı 4 nəfər həlak olub

İsrailin Beyruta endirdiyi aviazərbələrin qurbanlarının sayı 4-ə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

4 və 6 yaşlı iki uşaq Beyrutun cənubunda İsrail hava hücumunun qurbanı olub və onların cəsədləri xilasetmə işləri zamanı aşkar edilib.

Zərərçəkənlərin sayı 68 nəfərdən 74 nəfərə yüksəlib.

Qeyd edək ki, iyulun 30-da İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Hizbullahın qalası kimi xidmət edən Beyrutun cənubundakı Dahiya bölgəsinə dörd raket zərbəsi endirib. 

Xəbər lenti