Xəzər Xəbər

Tramp: "OPEC Harrisin seçkidəki qələbəsinə köməklik edir"

Dünya | 15:50 • 30 İyul 2024
Tramp: "OPEC Harrisin seçkidəki qələbəsinə köməklik edir"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, OPEC ölkələri ABŞ-nin vitse-prezidenti Kamala Harrisin seçkidə qalib gələcəyini gözləyərək neft qiymətlərini aşağı salmağa çalışırlar.

Xezerxeber.az news.ru-ya istinadən xəbər verir ki, o bu siyasətçinin Ağ Evin rəhbərinə çevrilərək ştatları məhv edəcəyini deyib.

"OPEC ölkələri çılğın Kamala Harrisin qalib gələcəyi ümidi ilə neftin qiymətini aşağı salmaq üçün hər şeyi edirlər. O zaman, həqiqətən də, bunun faydasını görəcəklər! O (Harris), ABŞ üçün fəlakət olacaq!" - deyə Tramp bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-li siyasətçi Donald Trampın seçki qərargahı Federal Seçki Komissiyasına şikayət edib. O, Kamala Harrisi seçkidə iştirak etmək üçün ona ötürülən hazırkı dövlət başçısı Co Baydenin vəsaitlərini mənimsəməyə cəhddə ittiham edib.

Xəbər lenti

Çox oxunanlar