Xəzər Xəbər

Aİ Rusiyaya viza tələblərini sadələşdirdiyi üçün Macarıstandan izahat istəyib

Dünya | 15:39 • 30 İyul 2024
Aİ Rusiyaya viza tələblərini sadələşdirdiyi üçün Macarıstandan izahat istəyib

Avropa Komissiyası Rusiya və Belarus vətəndaşları üçün viza tələblərinin sadələşdirilməsi qərarına görə Macarıstandan izahat tələb edib.

“TVP World” poartalı yazır ki, bu barədə qurumun nümayəndəsi Anita Hipper açıqlama verib.

O deyib ki, müvafiq cavab alındıqdan sonra bu qərarın Avropa İttifaqının norma və prinsiplərinə uyğunluğu təftiş olunacaq:

“Bizim rəhbər tutduğumuz siyasət onu deməyə əsas verir ki, Rusiya Avropa İttifaqının təhlükəsizliyinə təhdid yaradır. Ona görə də bütün üzv dövlətlər ittifaqın və Şengen zonasının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməlidir”.

Xəbər lenti

Çox oxunanlar