Xəzər Xəbər

Türkiyə və Ermənistan qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib

Dünya | 15:05 • 30 İyul 2024
Türkiyə və Ermənistan qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib

Türkiyə və Ermənistan diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib.

Xezerxeber.az xəbər verir ki, bu Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın 5-ci görüşünün nəticələrinə dair bəyanatda yer alıb.

Bundan başqa, tərəflər həmçinin, Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə razılıq əldə edib.

Xatırladaq ki, xüsusi nümayəndələrin görüşü həm Ermənistan, həm dəı Türkiyə ərazisində keçirilib.

Xəbər lenti

Çox oxunanlar