Ermənistan tarixində ilk dəfə olaraq Səudiyyə Ərəbistanına səfir təyin edib.
Xezerxeber.az-ın “Sputnik-Armenia”ya istinadən məlumatına görə, bu barədə ölkənin prezidenti Vaaqn Xaçaturyan sərəncam imzalayıb.
Sözügedən vəzifəyə bundan əvvəl ölkənin BƏƏ-dəki diplomatik korpusuna rəhbərlik etmiş Karen Qriqoryan gətirilib.
Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 2023-cü ilin noyabrından etibarən qurulub.