Xəzər Xəbər

Rusiyada sərnişin qatarı relsdən çıxıb, 140 nəfər xəsarət alıb

Dünya | 16:13 • 29 İyul 2024
Rusiyada sərnişin qatarı relsdən çıxıb, 140 nəfər xəsarət alıb

Volqoqrad vilayətində sərnişin qatarının relsdən çıxması nəticəsində, ilkin məlumata görə, təxminən 140 nəfər xəsarət alıb.

Xezerxeber.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” məlumat yayıb.

Hadisə nəticəsində 3-ü uşaq olmaqla 15 nəfər xəstəxanaya yerləşdirilib. Qəza zamanı qatarda ümumilikdə 803 sərnişin olub.

Xəbər lenti