Xəzər Xəbər

Ukraynanın dövlət borcu ilin əvvəlindən 6,84 milyard dollar artıb

Dünya | 15:50 • 26 İyul 2024
Ukraynanın dövlət borcu ilin əvvəlindən 6,84 milyard dollar artıb

Ukraynanın dövlət və dövlət zəmanətli borcu cari ilin iyunun 30-dək 6 trilyon 168 milyard qrivna və ya 152,16 milyard dollar təşkil edib.

Xezerxeber.az bildirir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin məlumatında qeyd olunur.

2024-cü ilin iyun ayında borcun məbləği qrivna ekvivalentində 52,71 qrivna, dollar ekvivalentində isə 1,16 milyard dollar artıb. İlin əvvəlindən dövlət borcu 6,84 milyard dollara çatıb.

Maliyyə Nazirliyinin məlumatına görə, hazırda dövlət borcu əsasən beynəlxalq tərəfdaşlardan uzunmüddətli güzəştli maliyyələşmənin artmasına görə böyüyür. Ukraynanın borcunun böyük hissəsini beynəlxalq maliyyə qurumları və digər ölkələrin hökumətlərindən alınan borclar təşkil edir.

Bununla belə Ukrayna Beynəlxalq Valyuta Fonduna 248,6 milyon dollar ödəyib.

Xəbər lenti