Xəzər Xəbər

Moskvada partladılan avtomobilin yüksək vəzifəli zabitə aid olmadığı üzə çıxıb YENİLƏNİB

Dünya | 13:31 • 24 İyul 2024
Moskvada partladılan avtomobilin yüksək vəzifəli zabitə aid olmadığı üzə çıxıb

Moskvanın şimalında avtomobilin partlaması nəticəsində yaralanan şəxsin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşov olmadığı üzə çıxıb.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, hadisə zamanı yaralanan Andrey Torqaşov sadəcə onunla eyni ad və soyada malikdir. Hadisə zamanı yaralanan Andrey Torqaşovun da hərbçi olduğu əlavə edilib.

Hadisə zamanı avtomobildə onun həyat yoldaşı da olub. A. Torqaşovun vəziyyəti ağır olsa da, qadın üz nahiyəsindən yüngül xəsarət alıb.

Məlumatda o da bildirilib ki, əməliyyat-istintaq tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi müşahidə kameraları vasitəsilə müəyyən edilib.

11:00

Moskvada avtomobil partlayıb, qadın və kişi yaralanıb.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, hadisə şəhərin Sinyavinskaya küçəsində yerləşən yaşayış binasının yaxınlığında qeydə alınıb.

Moskvanın şimalında partladılmış avtomobil hərbçi Andrey Torqaşov və onun həyat yoldaşına məxsusdur.

Hadisə zamanı hər iki şəxsin yaralandığı bildirilib. Müstəntiqlər Moskvada “Toyota Land Cruiser” markalı avtomobilin partladılmasını adam öldürməyə cəhd kimi qiymətləndirilib.

Xəbər lenti