Xəzər Xəbər

Rusiyada miqrantlarla bağlı yeni qanun təsdiqlənib

Dünya | 17:20 • 23 İyul 2024
Rusiyada miqrantlarla bağlı yeni qanun təsdiqlənib

Rusiya Dövlət Duması miqrantların məhkəmə qərarı olmadan ölkədən çıxarılmasına icazə verən qanunu təsdiqləyib.

Xezerxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, xarici ölkə vətəndaşlarının ölkədən çıxarılacağı hallar müəyyən edilib.

Qanuna əsasən, ictimai qaydanı pozan, müxtəlif xarakterli inzibati xətalar törədən, müvafiq icazə olmadan əmək fəaliyyəti ilə məşğul olan, qeydiyyat müddəti bitən, sərhəd-buraxılış məntəqələrindən keçid qaydalarını pozan, səfərin məqsədlərindən kənar fəaliyyətlə məşğul olan, habelə Rusiya ərazisində yaşayış hüququ verən sənədləri itirən miqrantlar ölkədən deportasiya olunacaqlar.

Bu qayda həmçinin yaşayış müddəti başa çatan, ekstremizmə yönələn açıq çağırışlar edən şəxslərə də şamil olunacaq.

Qanunun icrası Rusiya Daxili İşlər Nazirliyinə həvalə olunub. 

Xəbər lenti