Xəzər Xəbər

Xorvatiyada qocalar evində beş nəfər qətlə yetirilib

Dünya | 15:50 • 22 İyul 2024
Xorvatiyada qocalar evində beş nəfər qətlə yetirilib

Xorvatiyanın Daruvar şəhərində qocalar evinə hücum edən şəxs beş nəfəri güllələyərək qətlə yetirib.

HRT telekanalının məlumatına görə, silahlı qocalar və əlillər evinə daxil olaraq oradakı insanları atəşə tutub. Nəticədə beş nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə yaralanıb. Yaralılar yaxınlıqda yerləşən xəstəxanalara aparılıb.

Yerli media cinayətkarın polis tərəfindən saxlanıldığını yazıb. Xorvatiya Daxili İşlər Nazirliyi hələlik insidentlə bağlı rəsmi açıqlama verməyib.

Xəbər lenti