Xəzər Xəbər

ABŞ-də silahlı hücum nəticəsində üç nəfər həlak olub

Dünya | 13:00 • 22 İyul 2024
ABŞ-də silahlı hücum nəticəsində üç nəfər həlak olub

ABŞ-də silahlı hücum nəticəsində azı üç nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə Missisipi ştatının İndianola şəhərində baş verib.

Xezerxeber.az xəbər verir ki, WTVA telekanalı bu barədə yerli polis idarəsinə istinadla məlumat yayıb.

Yerli media öldürülən şəxslərin hamısının 19 yaşlı gənclər olduğunu yazıb. Hazırda faktla bağlı istintaq başlayıb. Polis şahidləri dindirir və cinayəti törətməkdə şübhəli bilinən şəxsi axtarır.

Xəbər lenti