Xəzər Xəbər

Qazaxıstan və Özbəkistan yeni hava dəhlizini açıb

Dünya | 13:38 • 22 İyul 2024
Qazaxıstan və Özbəkistan yeni hava dəhlizini açıb

Qazaxıstan və Özbəkistan hər iki ölkənin hava məkanından keçən yeni T916 hava dəhlizini açıb.

Qazaxıstan mətbuatı yazır ki, bu barədə Mülki Aviasiya Komitəsi məlumat yayıb. Bildirilib ki, dəhliz Avropadan Cənub-Şərqi Asiyaya uçuşlar üçün nəzərdə tutulmuş əlavə marşrutlardan biridir.

“Marşrut açıldığı gündən Avropadan Cənub-Şərqi Asiyaya 19 uçuş həyata keçirib, lakin istifadəçilərin yeni marşruta öyrəşməsi bir qədər vaxt tələb etdiyindən, çox güman ki, yay mövsümünün sonuna yaxın istifadənin çox olacağı gözlənilir”.

Yeni marşrut artıq “Lufthansa Cargo” və “Aerologic Cargo Airlines” (Almaniya), “Cargolux” (Lüksemburq), “Cargolux Italy” (İtaliya), “Nomad aviation” (İsveçrə), “Western Global Airlines” (ABŞ) kimi aviaşirkətlər tərəfindən istifadə olunub.

Hava dəhlizinin ümumi uzunluğu 2187 kilometrdir. Bunlardan 437 kilometri Özbəkistanın hava məkanında, qalan 1750 kilometri isə Qazaxıstan ərazisi üzərindədir.

Xəbər lenti