Qazaxıstanın Akmola vilayətində “An-2” təyyarəsi qəzaya uğrayıb, pilot sağ qalıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Derjavinsk şəhərindən 10 kilometr aralıda havaya qalxan “An-2” təyyarəsində yanğın baş verib. Xəsarət alan yoxdur. Pilot yanğın baş verən təyyarədən sərbəst şəkildə təxliyə olunub", - deyə məlumatda bildirilir.
FHN xilasediciləri yanğını söndürüblər.