Xəzər Xəbər

KİV: Bir çox Qərb ölkələri məcburi hərbi xidmətin tətbiqini nəzərdən keçirir

Dünya | 09:50 • 22 İyul 2024
KİV: Bir çox Qərb ölkələri məcburi hərbi xidmətin tətbiqini nəzərdən keçirir

Bir çox Qərb ölkələri Rusiya ilə qarşıdurmaya hazırlaşmaq üçün məcburi hərbi xidmətin tətbiqi imkanlarını nəzərdən keçirir.

Xezerxeber.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Xatırladılıb ki, Latviya cari ilin yanvarın 1-dən məcburi hərbi xidməti bərpa edib. Digər NATO üzvü olan Norveç aprel ayında müdafiə büdcəsinin iki dəfə artırılmasını və silahlı qüvvələrin 20 mindən çox çağırışçı ilə gücləndirilməsini nəzərdə tutan uzunmüddətli planını təqdim edib.

Bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç Qərbin Rusiya ilə birbaşa hərbi münaqişəyə hazırlaşdığını bildirib.

Xəbər lenti