Xəzər Xəbər

Ağ ev: Bayden ABŞ prezidentliyini vaxtından əvvəl tərk etmək niyyətində deyil

Dünya | 09:13 • 22 İyul 2024
Ağ ev: Bayden ABŞ prezidentliyini vaxtından əvvəl tərk etmək niyyətində deyil

Seçki yarışını dayandırdığını elan edən ABŞ Prezidenti Co Bayden vəzifəsini vaxtından əvvəl tərk etmək niyyətində deyil.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Endryu Beyts bildirib.

O qeyd edib ki, Bayden ən yüksək dövlət postunu vaxtından əvvəl başa vurmağı planlaşdırmır.

Bayden daha əvvəl partiyanın maraqları naminə seçki yarışını tərk etmək qərarına gəldiyini bildirmişdi. O söz verib ki, səlahiyyət müddəti başa çatana qədər bütün diqqətini üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışacaq.

Xəbər lenti

Çox oxunanlar