Xəzər Xəbər

Tramp: Bayden yarışı tərk etdikdən sonra ölkəni idarə edə bilməz

Dünya | 09:05 • 22 İyul 2024
Tramp: Bayden yarışı tərk etdikdən sonra ölkəni idarə edə bilməz

ABŞ Prezidenti Co Bayden dövlət başçısı postuna namizəd ola bilməyəcəyi təqdirdə, ölkəni idarə edə bilməyəcək.

Xezerxeber.az xəbər verir ki, bu fikri Amerikanın keçmiş lideri Donald Tramp deyib.

İyulun 21-də Bayden prezident seçkilərində namizədliyini geri götürdü. O, bəyanatında bunun partiya və ölkə üçün daha yaxşı olacağına əminliyini ifadə edib. Eyni zamanda, Bayden səlahiyyət müddətinin sonuna qədər prezident vəzifəsini icra edəcəyini bildirib.

Xəbər lenti

Çox oxunanlar