Xəzər Xəbər

Tramp Baydenin prezidentlik yarışından geri çəkilməsinə münasibət bildirib

Dünya | 23:06 • 21 İyul 2024
Tramp Baydenin prezidentlik yarışından geri çəkilməsinə münasibət bildirib

ABŞ-nin 45-ci Prezidenti, bu il keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp CNN ilə telefon söhbətində Co Baydenin seçkilərdən çəkilməsini şərh edib. O, Baydeni ABŞ tarixinin ən uğursuz dövlət başçısı adlandırıb.

Xezerxeber.az xəbər verir ki, Tramp rəqibi Kamala Harrisə qalib gəlməyin Baydendən daha asan olacağını bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden prezident seçkilərində iştirakdan imtina edib. Bayden vitse-prezident Kamala Harrisin prezident seçkilərində namizədliyini dəstəklədiyini deyib.

Xəbər lenti

Çox oxunanlar