Xəzər Xəbər

Bayden prezident seçkilərində iştirakdan imtina edib

Dünya | 21:15 • 21 İyul 2024
Bayden prezident seçkilərində iştirakdan imtina edib

ABŞ Prezidenti Co Bayden prezident seçkilərində iştirakdan imtina edib.

Xezerxeber.az-ın məlumatına görə, o, bununla bağlı sosial mediadakı hesabında bildirib.

“Yenidən seçilmək niyyətim olsa da, geri çəkilməyim, partiyam və ölkəmin maraqları naminə bütün diqqətimi prezident kimi vəzifələrimin icrasına yönəltməyim ən doğrusudur”,- deyə Bayden qeyd edib.

Bayden vitse-prezident Kamala Harrisin prezident seçkilərində namizədliyini dəstəklədiyini əlavə edib.

ABŞ Prezidenti bu addımı iyunun 27-də əsas rəqibi Donald Trampla debatda uğursuz çıxışından sonra Demokratlar Partiyasından gələn təzyiqlər nəticəsində atıb. Demokratlar Partiyasının noyabrın 5-də keçiriləcək prezident seçkilərində namizədinin kim olacağı hələlik açıqlanmayıb.

Xəbər lenti

Çox oxunanlar