Xəzər Xəbər

İstanbulda meşə yanğını baş verib

Dünya | 18:38 • 21 İyul 2024
İstanbulda meşə yanğını baş verib

İstanbulun məşhur Aydos meşələrində yanğın baş verib.

Xezerxeber.az xəbər verir ki, İstanbul Valiliyi hadisə ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, yerli vaxtla saat 14:00 radələrində İstanbulun Pendik bölgəsində yerləşən Aydos meşələrində başlayan yanğına şəhərin meşə təsərrüfatı baş idarəsi və digər aidiyyəti qurumlar tərəfindən müdaxilə edilir. Yanğının qarşısının alınması üçün bölgəyə iki xüsusi təyyarə, dörd helikopter, eləcə də AFAD başda olmaqla bütün müvafiq qurumların əməkdaşlarının daxil edildiyi 159 nəfərdən ibarət 78 qrup cəlb olunub. Küləyin təsiri nəticəsində yanğın sürətlə yayılıb və dörd hektar meşə ərazisi zərər görüb.

Yanğınla bağlı ölkə mətbuatında yer alan xəbərlərdə alovun yaşayış bölgələrinə yaxınlaşdığı bildirilir.

Xəbər lenti

Çox oxunanlar