Xəzər Xəbər

Gürcüstanda 90 yaşdan yuxarı 12 mindən çox pensiyaçı var

Dünya | 15:03 • 21 İyul 2024
Gürcüstanda 90 yaşdan yuxarı 12 mindən çox pensiyaçı var

Gürcüstanda 851 400 pensiyaçı yaşa görə pensiya alır, onlardan 247 400-ü kişi, 604 mini qadındır.

Bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Cari il iyulun 1-nə olan məlumata görə, pensiyaçıların əsas hissəsini yaşı 75-dən aşağı olan vətəndaşlar təşkil edir.

Gürcüstanda 90 yaşdan yuxarı 12 100 pensiyaçı var ki, onlardan 2900-ü kişi, 9200-ü qadındır. Pensiyaçıların demək olar ki, dörddə biri Tbilisidə yaşayır. İkinci yerdə İmereti bölgəsi, üçüncü yerdə isə Sameqrelo-Zemo Svanetidir.

Pensiyaçıların ən az sayı Quriya, Mtsxeta-Mtianeti və Raça-Leçxumi - Zemo Svaneti bölgələrindədir.

Gürcüstanda qocalığa görə pensiya qadınlara 60, kişilərə isə 65 yaşdan sonra verilir. 2024-cü il yanvarın 1-dən dövlət pensiyasının məbləği yaşdan asılı olaraq 315 və 415 lari təşkil edir. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar