Xəzər Xəbər

Livanın cənubunda silsilə partlayışlar baş verib

Dünya | 09:41 • 21 İyul 2024
Livanın cənubunda silsilə partlayışlar baş verib

İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi zərbələr nəticəsində silsilə partlayışlar baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Livanın NNA xəbər agentliyi məlumat yayıb. Zərbələr nəticəsində üç yerli sakin yaralanıb.

“Adlyun kəndinə basqının məqsədi silah-sursat anbarı olub. Hücum zamanı digər ərazilərdə, xüsusən də Xaraib kəndində zərbələr endirilib, nəticədə üç yerli sakin yüngül xəsarət alıb”, - deyə agentliyin məlumatında bildirilib.

Anbarda mərmilərin kütləvi şəkildə partlaması nəticədə Sayada və Tir şəhərləri arasındakı magistral yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Xəbər lenti