Xəzər Xəbər

Aİ Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlayır

Dünya | 17:26 • 19 İyul 2024
Aİ Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlayır

İyulun 22-də Avropa İttifaqı (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamaq məsələsini müzakirə edəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Avropa İttifaqına İnteqrasiya Komissiyasının sədri Arman Yeqoyan şəxsi feysbuk hesabında yazıb.

Yeqoyan qeyd edib ki, Avropa İttifaqı təkcə viza rejiminin liberallaşdırılması ilə bağlı deyil, həm də Ermənistan üçün Avropa Sülh Fondunun (APF) məsələsinə dair qərar qəbul edəcək.

“Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq, həmçinin Avropa Sülh Fondu vasitəsilə Ermənistana yardım göstərmək məsələləri iyulun 22-də Avropa İttifaqı Şurasının (Nazirlər Şurasının) gündəliyinə daxil edilib. Bu gün hər iki məsələ ilə bağlı qərarlar veriləcək”, - deyə Yeqoyan bildirib.

Xəbər lenti