Xəzər Xəbər

Xankəndinin keçmiş "mer"inə qarşı inzibati nəzarət tətbiq etmək tələb edilir

Dünya | 15:50 • 18 İyul 2024
Xankəndinin keçmiş "mer"inə qarşı inzibati nəzarət tətbiq etmək tələb edilir

Ermənistan İstintaq Komitəsi işğal illərində Azərbaycanın Xankəndi şəhərinin "mer"i olmuş David Sarkisyana qarşı inzibati nəzarət tətbiq etmək üçün məhkəməyə vəsatət göndərib.

Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Sarkisyanın vəkili Ruben Melikyan sosial şəbəkədə məlumat yayıb.

Melikyan məhkəmə iclasının tarixi barədə daha sonra açıqlama verəcəyini bildirib.

Xatırladaq ki, mayın 25-də Ermənistanın hüquq-mühafizə orqanları David Sarkisyanın evində axtarış aparıb. Mayın 27-də David Sarkisyan 20 sutka müddətinə həbs olunub.

Xəbər lenti