Xəzər Xəbər

İlon Mask Baydenin ittihamlarına cavab verib

Dünya | 12:51 • 18 İyul 2024
İlon Mask Baydenin ittihamlarına cavab verib

Amerikalı milyarder İlon Mask onu və “varlı dostlarını” noyabrda keçiriləcək prezident seçkilərini satın almaq niyyətində ittiham edən ABŞ Prezidenti Co Baydenin tənqidlərinə X sosial şəbəkəsində cavab verib.

Xezerxeber.az xəbər verir ki, Bayden Maskı prezident seçkilərini pulla almaq cəhdində ittiham edib.

O, “İlon Maskın və onun varlı dostlarının bu seçkiləri satın almağa çalışmasından” bezdiyini bildirib. Bayden, həmçinin postlarından birinə Demokratlar Partiyasına ianə toplamaq üçün vebsaytın linkini yerləşdirib. Saytın səhifəsində İlon Maskın və prezidentliyə digər namizəd Donald Trampın fotolarını da görmək olur.

“Mən onun (Baydenin - red.) başında tamamilə pulsuz yaşayıram”, - deyə Mask prezidentin postlarının skrinşotunu təqdim edən X sosial şəbəkə istifadəçisinin postuna cavab olaraq yazıb.

Bundan əvvəl İlon Mask bildirmişdi ki, Co Bayden X sosial şəbəkəsinin platformasında tamaşaçıların real vaxt rejimində iştirak edə biləcəyi debatda çıxış etməyə heç vaxt razı olmayacaq.

Xəbər lenti