Xəzər Xəbər

Ermənistanın Müdafiə Nazirliyində ABŞ hərbçisi işləyəcək

Dünya | 11:05 • 18 İyul 2024
Ermənistanın Müdafiə Nazirliyində ABŞ hərbçisi işləyəcək

Ermənistanın Müdafiə Nazirliyində ABŞ ordusunun təmsilçisi fəaliyyət göstərəcək.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə “Hetk” jurnalist araşdırmaları portalı xəbər yayıb.

Məlumata görə, ABŞ dövlət katibinin müavini Uzra Zeya bu addımı ABŞ-Ermənistan münasibətlərində strateji mərhələ kimi dəyərləndirib.

Qeyd edək ki, ekspertlər Ermənistan, Moldova, Ukrayna və Balkan ölkələrinin Silahlı Qüvvələrinin Rusiya modelindən çıxarılaraq, Amerika standartlarına uyğunlaşdırılması istiqamətində bu ölkələrlə ABŞ arasında məsləhətləşmələr aparıldığı barədə açıqlama veriblər. 

Xəbər lenti

Çox oxunanlar