Xəzər Xəbər

Çində ticarət mərkəzində yanğın baş verib, azı 16 nəfər ölüb

Dünya | 09:20 • 18 İyul 2024
Çində ticarət mərkəzində yanğın baş verib, azı 16 nəfər ölüb

Çinin Siçuan əyalətinin Ciqon şəhərində ticarət mərkəzinin yerləşdiyi binada baş verən yanğın nəticəsində 16 nəfər ölüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə şəhərin yanğın və xilasetmə qərargahı məlumat yayıb.

Bildirilir ki, 14 mərtəbəli binada yanğın iyulun 17-də axşam saatlarında başlayıb. Alov binanın birinci mərtəbəsindən 6-cı mərtəbəsinə qədər sahəni əhatə edib. Yanğının söndürülməsinə 20 texnika, 100-ə yaxın yanğınsöndürən cəlb olunub. Yanğın söndürüldükdən sonra gecə saat 3 radələrində axtarış-xilasetmə işləri başa çatıb, bina tam boşaldılıb, 75 nəfər təxliyə edilib.

İlkin ehtimala görə yanğın binada aparılan təmir işləri ilə əlaqədar olub.

Xəbər lenti

Çox oxunanlar