Xəzər Xəbər

Roberta Metsola ikinci müddətə Avropa Parlamentinin sədri seçilib

Dünya | 14:47 • 16 İyul 2024
Roberta Metsola ikinci müddətə Avropa Parlamentinin sədri seçilib

Maltalı siyasətçi Roberta Metsola ikinci müddətə Avropa Parlamentinin (AP) sədri seçilib.

Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, AP-nin Avropa seçkilərindən sonra səsvermənin keçirildiyi ilk iclası parlamentin saytında yayımlanır.

Metsolanın namizədliyinə 562 avropalı parlamentari səs verib. Metsolanın rəqibi İspaniyadan olan deputat, İspaniyanın solçu “Podemos” (“Biz bacarırıq”) partiyasının üzvü İrene Montero idi.

Xəbər lenti