Xəzər Xəbər

“Crocus City Hall”da törədilmiş terror aktında beynəlxalq komanda iştirak edib AÇIQLAMA

Dünya | 11:23 • 16 İyul 2024
“Crocus City Hall”da törədilmiş terror aktında beynəlxalq komanda iştirak edib

Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilmiş terror aktını Orta Asiya və Avropa ölkələrinin, eləcə də rusların təmsilçilərindən ibarət beynəlxalq komanda təşkil edib.

Xezerxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rosfinmonitorinqin rəhbəri Yuri Çixançin Federasiya Şurasında çıxışı zamanı söyləyib.

“Crocus City Hall” məsələsinə gəlincə, bununla bağlı araşdırmalar hələ davam edir. Amma onu deyə bilərəm ki, bu işi müxtəlif ölkələrin nümayəndələri olan beynəlxalq komanda həyata keçirib”, - deyə o bildirib.

Xatırladaq ki, martın 22-də axşam Moskva yaxınlığındakı “Crocus City Hall”da terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.

Xəbər lenti