Xəzər Xəbər

Keniyada 42 qadını öldürməkdə şübhəli bilinən kişi saxlanılıb

Dünya | 16:00 • 15 İyul 2024
Keniyada 42 qadını öldürməkdə şübhəli bilinən kişi saxlanılıb

Keniya polisi Nayrobi gecəqondusundakı zibillikdə bir neçə qadının cəsədini aşkar etdikdən sonra qətllərdə şübhəli bilinən şəxsi saxlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə yerli “Star” qəzeti hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Keniya Cinayət Axtarış Departamentinin rəhbəri Mohamed Aminin sözlərinə görə, saxlanılan şəxs iki il ərzində 42 qadını öldürdüyünü etiraf edib.

Bundan əvvəl “Citizen Digital” nəşri xəbər vermişdi ki, polis Keniya paytaxtının Kvare gecəqondundakı zibilxanada cümə və şənbə günləri zibil torbalarına bükülmüş bir neçə qadın cəsədi tapıb. Prezident bildirib ki, ümumilikdə 9 cəsəd aşkarlanıb, lakin şahidlər bu sayın daha çox olduğunu deyiblər.

Şənbə günü polis cavab tələb edən qəzəbli kütlənin qarşısını almaq üçün havaya atəş açmalı olub.

Xəbər lenti

Çox oxunanlar