Xəzər Xəbər

Ermənistan xarici işlər naziri Nyu-Yorka səfər edib

Dünya | 14:45 • 15 İyul 2024
Ermənistan xarici işlər naziri Nyu-Yorka səfər edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda işgüzar səfərdədir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat katibi Ani Badalyan qeyd edib ki, Ararat Mirzoyan BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak edəcək, burada ölkə hökumətinin üçüncü milli hesabatını təqdim edəcək və bir sıra görüşlər keçirəcək.

Mirzoyanın səfəri iyulun 16-da başa çatacaq.

Xəbər lenti

Çox oxunanlar