Xəzər Xəbər

Bill Geytsin şirkəti karbon qazından süni kərə yağı hazırladı

Dünya | 09:50 • 15 İyul 2024
Bill Geytsin şirkəti karbon qazından süni kərə yağı hazırladı

Tanınmış iş adamı Bill Geytsin rəhbərlik etdiyi şirkətin mütəxəssisləri karbon qazından süni kərə yağı sintez etməyi bacarıblar.

Xezerxeber.az xəbər verir ki, amerikalı mütəxəssislər karbon qazı, oksigen və hidrogenin sintezi yolu ilə süni yağ turşuları hazırlamağa nail olublar. Bundan sonra əldə edilən məhsula qliserol, su və beta-karoten əlavə edilib. Laboratoriyada sınaq zamanı süni yağın kərə yağı ilə eyni dad verdiyi məlum olub.

Kərə yağı kənd təsərrüfatı məhsulları arasında ən çətin əldə edilənlər arasındadır. Şirkət rəhbərliyi iddia edir ki, onların ixtirası zəruri hallarda milyonlarla insanı yedizdirmək üçün istifadə edilə bilər.

Lakin hələlik bu məhsulun satışına rəsmi icazə verilmir.

Xəbər lenti

Çox oxunanlar