Xəzər Xəbər

Netanyahu Baydenlə görüşəcək

Dünya | 09:38 • 15 İyul 2024
Netanyahu Baydenlə görüşəcək

İsrailin Baş naziri Benyamin Netanyahunun iyulun 22-də Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Cozef Baydenlə görüşəcəyi gözlənilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə “The Times of İsrael” məlumat yayıb.

Məlumata görə, görüşün Ağ evdə keçirilməsi planlaşdırılır. Nəşr yazır ki, ABŞ lideri Netanyahunu 2022-ci ilin sonunda İsrailin Baş naziri postuna qayıtdıqdan sonra ilk dəfə Vaşinqtonda qəbul edəcək.

İyunun əvvəlində ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson İsrailin Baş nazirinin iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcəyini təsdiqləyib.

Xəbər lenti

Çox oxunanlar