Xəzər Xəbər

Türkiyə demokratiyaya hücumların əleyhinədir

Dünya | 18:00 • 14 İyul 2024
Türkiyə demokratiyaya hücumların əleyhinədir

Türkiyə hər zaman demokratiyaya hücumların və qanunsuz hərəkətlərin əleyhinə olub. Ölkəmiz bu məsələdə Amerika xalqını dəstəkləyir.

Xezerxeber.az xəbər verir ki, bu barədə iyulun 14-də Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdini pisləyən paylaşımında qeyd edib.

“Mən ABŞ-nin 45-ci prezidenti və Ağ evin başçısı vəzifəsinə namizəd Donald Trampa sui-qəsd cəhdini pisləyirəm. Trampa, tərəfdarlarına və bütün ABŞ xalqına dəstəyimizi bildirirəm. Bu sui-qəsd cəhdinin üstünün tezliklə açılmasını gözləyirik”, - siyasətçinin paylaşımında deyilir.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) da Pensilvaniyada keçirilən seçkiqabağı mitinqdə atışmanı qınayan paylaşım edib.

AKP-nin nümayəndəsi Ömer Çelik “Demokratiyalarda hər hansı zorakılıq yolverilməzdir”, - o qeyd edib.

“Mən Donald Trampa sui-qəsd cəhdini qətiyyətlə pisləyirəm”, - deyə siyasətçi sosial şəbəkələrdə yazıb.

Xəbər lenti

Çox oxunanlar