Xəzər Xəbər

Ərdoğan: “Donald Trampa qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyirəm”

Dünya | 12:08 • 14 İyul 2024
Ərdoğan: “Donald Trampa qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyirəm”

“ABŞ-nin 45-ci prezidenti və prezidentliyə namizədi cənab Donald Trampa qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyirəm”.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X sosial mediasında paylaşım edib.

Paylaşımda bildirilir: “Cənab Trampa, onun ailəsinə və yaxınlarına ən səmimi arzularımı çatdırıram.

İnanıram ki, ABŞ seçkilərinə və qlobal sabitliyə kölgə salmamaq üçün hücumun təhqiqatı ən effektiv şəkildə aparılacaq, onu törədənlər və təhrik edənlər ən qısa zamanda ədalət qarşısında cavab verəcəklər.

Türkiyə olaraq dost və müttəfiq ABŞ xalqının yanında olacağıq”.

Xəbər lenti