Xəzər Xəbər

Türkiyədə qırmızı bülletenlə axtarılan 2 terrorçu zərərsizləşdirilib

Dünya | 10:14 • 14 İyul 2024
Türkiyədə qırmızı bülletenlə axtarılan 2 terrorçu zərərsizləşdirilib

Türkiyədə Jandarma və Polisin Mardin vilayətinin Dargeçit çölündə həyata keçirdiyi "BOZDOĞAN-50" əməliyyatında 2 terrorçu zərərsizləşdirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazirin məlumatına görə, terrorçulardan birinin "2024-cü ilin avqust ayında Daxili İşlər Nazirliyinin Terrorla bağlı Axtarılanlar siyahısı"na qırmızı bülletenlə axtarılan Herekol (K) adlı Taner Öğmen olduğu müəyyən edilib. Digər terrorçunun müəyyənləşdirilməsi işləri davam edir.

Xəbər lenti

Çox oxunanlar