Xəzər Xəbər

Tramp təbliğat proqramını dəyişməkdən imtina edib

Dünya | 09:50 • 14 İyul 2024
Tramp təbliğat proqramını dəyişməkdən imtina edib

Tramp əvvəlcədən planlaşdırıldığı kimi, Respublikaçılar Partiyasının seçkiqabağı qurultayında iştirak edəcək.

Xezerxeber.az xəbər verir ki, Donald Tramp sui-qəsd cəhdindən sonra Respublikaçılar Partiyasının iyulun 15-də Miluoki şəhərində baş tutacaq seçki qurultayında iştirak etmək planlarını dəyişməkdən imtina edib. 

TASS xəbər verir ki, bu barədə Respublikaçıların Milli Komitəsinin həmsədrləri Maykl Uetli və Lara Trampın bəyanatında deyilir.

“Prezident Tramp konvensiyamızın işini davam etdirmək üçün Miluokidə sizinlə görüşməyi səbirsizliklə gözləyir. Ziyarətçilər artıq Viskonsin ştatına gəlməyə başlayıblar və biz Respublikaçı Milli Komitə ilə işləməyi səbirsizliklə gözləyirik", - bəyanatda deyilir.

Qeyd edək ki, qurultayda Tramp rəsmi olaraq ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməlidir.

Xəbər lenti

Çox oxunanlar